Türkiyədə dilənçi arvadının topladığı pulu əlindən almaq istəyən əri pulu ala bilməyəndə dəhşət saçıb.
Medianews.az xəbər verir ki, hadisə Türkiyənin Antalya şəhərində baş verib.
Kiçik qızının gözləri qarşısında arvadına şillə vuran kişi ilə qadının arasındakı gərginlik insanların qəzəbinə səbəb olub. Küçənin döyüş meydanına çevrildiyi hadisədə stullar və şüşələr sındırılıb.
Baş verən davanın qarşısı ətrafdakı vətəndaşlar və bələdiyyə mühafizəçiləri tərəfindən çətinliklə alınıb.
Medianews.az