“Ukrayna qoşunları düşmənin Belarusdan mümkün hücumuna hazırdır. Əgər lazım gələrsə, Ukrayna Silahlı Qüvvələri şimal sərhədində qüvvələr toplaya bilər”.
Bu fikirləri Ukrayna Silahlı Qüvvələrinin Birləşmiş Qüvvələrinin komandanı general-leytenant Sergey Nayev deyib.
Onun sözlərinə görə, Ukrayna ordusu Belarus istiqamətindən ehtimal edilən istənilən hücumun qarşısını almağa hazırdır: “Hazırda Ukraynanın şimal sərhədi yaxınlığında vəziyyət nəzarət altındadır”.
Xatırladaq ki, Belarusun siyasi və dövlət xadimi Pavel Latuşko Belarusun Ukraynaya hücum üçün Rusiya ilə birgə 120 minlik qoşun yarada biləcəyini söyləyib.