Son günlər, daha dəqiq desək, Milli Məclisin oktyabrın 12-də baş tutan plenar iclasından sonra sosial mediada belə bir xəbər dolaşır ki, deputatlardan biri (Tahir Rzayevin adı qeyd olunur) “hamının evində soyuducu, televizor var”, – deyə fikir səsləndirib. Onun fikrincə evində bu məişət texnikaları olan adamlar kasıb sayılmır.
Hansı kateqoriyaya aid insanların kasıb olduğunu müəyyənləşdirmək üçün iqtisadçı ekspert Natiq Cəfərli ilə əlaqə saxladıq. Müsahibimiz cavabına beynəlxalq təcrübədən sitat gətirməklə başlayıb:
Natiq Cəfərlinin sözlərinə görə, insanlar qazancının 20 faizini ərzaq məhsullarına xərcləyirsə, bu normaldır:
“Rəsmi məlumatlara görə, Azərbaycanda əhali qazancının 55 faizinə qədərini, yəni yarıdan çoxunu ərzağa xərcləyir. Bu isə beynəlxalq standartlara görə kasıblıq səviyyəsi sayılır. Hansısa bir şəxs qazancının 55 faizini ərzağa xərcləyirsə, deməli o şəxs kasıbdır. Əgər belə göstəricilərlə yanaşsaq, Azərbaycanda kifayət qədər kasıb, yoxsulların olduğunu təsbit etmək mümkün ola bilər”, – deyə iqtisadçı açıqlamasını yekunlaşdırıb.