Medianews.az bildirir ki, Prezident Rəcəb Tayyib Ərdoğan Qazaxıstanın paytaxtı Astanada Rusiya prezidenti Vladimir Putinlə görüşüb. Asiyada Əməkdaşlıq və Etimad Tədbirləri Müşavirəsi çərçivəsində keçirilən ikitərəfli görüşdən əvvəl Putin Ərdoğana “Atom Elektrik Stansiyasının işləri planlaşdırıldığı kimi gedir. Türkiyə qaz təchizatı üçün ən təhlükəsiz marşruta çevrilib. Bu, Avropadan daha təhlükəsiz marşruta çevrilib. Türkiyədə böyük təchizat mərkəzi qura bilərik”, – deyə bildirib.
Putin ”onlar Türk axınını partlatmağı planlaşdırırdılar, biz bu terror aktının qarşısını aldıq. Rusiyadan Türkiyəyə karbohidrogen tədarükü tam axını ilə davam edir. Hazırda təbii qazın qiyməti pik həddindədir. Türkiyədəki bir mərkəzin təklifində qazın qiyməti siyasi çalarsız müəyyən edilə bilər”, – deyə bildirib.
Rusiya prezidenti Putin dünən verdiyi açıqlamada Avropa üçün ən böyük qaz nəqli mərkəzini Türkiyədə qura, bu günə qədər qazın Avropaya nəqli üçün istifadə edilən “Şimal axını 1” boru kəmərinin sıradan çıxdığını xatırladan Putin, bunun əvəzinə qazı Türkiyə üzərindən Avropaya ötürə biləcəklərini bildirib.
Nəzrin Vüsal
Medianews.az