Şənbə, 20 Aprel 2024

Eden Hazard Türkiyə klubunda?

İspaniyanın “AS” nəşrinin müxbiri Manu de Xuan Eden Hazardın “Qalatasaray”a mümkün transferi barədə açıqlama verib.

“Real” 31 yaşlı hücumçunun qış transfer dönəmində komandadan ayrılmasını istəyir:

“Uzun müddət davam edən zədələr, zədələrdən sonra isə formasına qayıtmaqda çətinlik çəkməsi “Real”ın istədiyi oyunçu olmasına mane oldu. “Kral klubu” icarə təkliflərinə də müsbət yanaşır, lakin təklif göndərən klublar belçikalı futbolçunun maaşının yarısını ödəməyə razı olmalıdır. Hazard ildə 15 milyon avro qazanır. Əlbəttə ki, bu şərtlərə razı olan klub Edeni transfer edə bilər”.

Qeyd edək ki, 2019-cu ildə “Çelsi”dən “Real”a keçən Eden Hazardın klubla müqaviləsinin müddəti 2024-cü ilin yayına qədərdir.

DAHA ÇOX OXU

Xəbər lenti