İstanbulda sevgilisini döyüb dişlərini qırdıqdan sonra hadisə yerinə gələn polislərə hücum edən şübhəli məhəllə sakinləri tərəfindən linç edilməklə də üz-üzə qalıb.
Medianews.az xəbər verir ki, polis qrupları havaya atəş açaraq qəzəbli kütləni sakitləşdirməyə çalışıb.
Gecə saat 01:00 radələrində döydüyü sevgilisini zorla evə soxmağa çalışan Burak P. yerli sakinlərin sərt reaksiyası ilə üzləşib. Hadisə yerinə gələn polislər də şübhəli şəxsi nəzarətə almağa çalışıb. Lakin polisə müqavimət göstərən şübhəli şəxs bir zabitə yumruq vuraraq onu yaralayıb. Hadisə yerinə əlavə polis qrupları da göndərilib.
Polis qruplarına müqavimət göstərən şübhəliyə məhəllə sakinləri də reaksiya göstərib. Çətin olsa da nəzarətə alınan şbübhəli şəxs polis maşınında da rahat oturmayıb.
Medianews.az