Koronavirus epidemiyası dünya üzrə 6 milyondan çox insanın ölümünə səbəb olması ilə yanaşı, mRNT vaksinlərinin təhlükəsizliyi uzun müddətdir müzakirə olub.
Medianews.az xəbər verir ki, mövzu ilə bağlı “Pfizer” şirkətinin rəsmisindən şok etiraf gündəmi alt-üst edib.
Avropa Parlamentində əczaçılıq şirkətləri ilə keçirilən iclasda iştirak edən “Pfizer” rəsmisi, koronavirus peyvəndinin lazımi səviyyədə sınaqdan keçirilmədən bazara çıxarıldığını söyləyib. Bu açıqlama dünya əhalisini ciddi şəkildə narahat edib.
Qeyd edək ki, COVID-19 pandemiyası zamanı Pfizer, Biontech ilə birlikdə virusa qarşı mRNA vaksini hazırladı və peyvəndlər sayəsində 2021-ci ildən bəri 45 milyard dollardan çox gəlir əldə etdi. Bu dövriyyənin ən az 10 milyard dolları mənfəət olaraq qeyd edilir.
Medianews.az