Ukrayna müharibəsindən sonra hər bir hərəkəti ilə diqqət çəkən Rusiya prezidenti Vladimir Putin növbəti dəfə xəbərlərin mövzusu olub.
Medianews.az xəbər verir ki, dövlət kanalında yayımlanan görüntülərdə Sankt-Peterburqda olan Əbu-Dabi vəliəhdi Şeyx Məhəmməd bin Zayed əl-Nəhyana soyuq olduğu və Putinin ona gödəkçəsini verdiyi görünüb.
Kremlin sözçüsü Dmitriy Peskov da mövzu ilə bağlı açıqlamasında “Bunlar liderlərin qarşılıqlı münasibətini əks etdirən jestlərdir”, -deyə qeyd edib.
Medianews.az