Medianews.az bildirir ki, Britaniyanın aparıcı müasir rəssamlarından biri olan Damien Hirst yüzlərlə NFT əsərini yandırmağa başlayıb.
Rəssam son kolleksiyasının əsərlərinin fiziki NFT olaraq istəyənlərə təqdim ediləcəyini, NFT seçilənlərin fiziki əsərlərinin yandırılacağını açıqlayıb.
Londondakı Newport Street Gallery, əsərləri satın alan 5149 nəfərin orijinallara, 4851 nəfərin isə rəqəmsal sertifikatlar olaraq təyin oluna bilən NFT-yə üstünlük verdiyini açıqladı.
Hirst-in yandıracağı əsərlərin ümumi dəyəri 10 milyon funt sterlinq olaraq qiymətləndirilir.
Əsərlərini yandırmağa başlayan rəssam özünü necə hiss etdiyi sualına “Özümü çox yaxşı hiss edirəm, gözlədiyimdən də yaxşıyam” cavabını verib. Hirst keçən il 10.000 fiziki əsərə bərabər olan 10.000 NFT istehsal edərək NFT kolleksiyasını işə saldı. Rəngli nöqtələrlə işlənmiş hər bir işin NFT-si 1800 funta satılır.
NFT seçilən bütün əsərlər 30 oktyabrda Newport Street Qalereyasındakı sərgi bağlanana qədər yandırılacaq.
Bəzi tənqidçilər isə inflyasiyanın və maliyyə çətinliklərinin artdığı bir vaxtda Hirstin dəyərli əsərlərini yandırmasını tənqid edirdilər.
Nəzrin Vüsal
Medianews.az