Bakıda sərnişin avtobusu ilə yük maşını toqquşub, yaralananlar var.
Bu barədə görüntülər BAKU.WS-in “Qaynar xətti”nə daxil olub.
Hadisə bu gün Bakı Metropoliteninin “Əhmədli” stansiyasının yaxınlığında qeydə alınıb.
Qəza zamanı 57 nömrəli avtobus hərəkətdə olan zaman “KamAZ” markalı yük maşını ilə toqquşub.
Şahidlərin sözlərinə görə, qəza nəticəsində xəsarət alanlar var.
Həmin videonu təqdim edirik: