Ötən gün bəstəkar, “Rast” qrupunun keçmiş üzvlərindən biri Asif Kərimovun övladının xeyir işi olub.
Medianews.az xəbər verir ki, sənətçi qızını gəlin köçürüb. Bəstəkarın övladının şad günü paytaxt restoranlardan birində baş tutub.
Toyda Asif Kərimovun ailə üzvləri yaxınları və sənət aləminin tanınmış simaları yer alıblar.
Xatırladaq ki, Asif Kərimov Azərbaycanda fəaliyyət göstərən ilk prodüserlərdən biridir. O, Əməkdar artist Mətanət İsgəndərli və Elnarə Abdullayevanın sənətə gəlmələrində dəstək olub.