Medianews.az xəbər verir ki, Yapon hökuməti Kovid-19 səbəbiylə 2 ildən artıqdır ki, ölkə sərhəd qapılarında tətbiq edilən səyahət məhdudiyyətlərini aradan qaldırıb.
İşida Fumio hökuməti, Kovid-19 hadisələrinin sayının az olduğu ölkə daxilində oktyabrın 11-dən etibarən yeni qərarlar tətbiq etdi. Bu istiqamətdə gündəlik 50 min sərnişin limiti və xarici turistlərin Yaponiyaya fərdi səyahət qadağası qaldırılıb. Yaponiyanın vizadan azad proqrama malik olduğu 70-ə yaxın ölkədən gələn xarici turistlər Yaponiyaya plansız və müşayiətsiz daxil ola biləcəklər. Səyahətdən 72 saat əvvəl 3 doza peyvənd və ya mənfi test nəticəsi göstərənlər yeni Kovid-19 testinə və sərhəd girişində karantinə məruz qalmayacaqlar.
Digər tərəfdən, mərkəzi hökumət ölkənin daxili turizmini canlandırmaq üçün həyata keçiriləcək “Milli Səyahət Endirimi” proqramını işə salıb. Proqram çərçivəsində 7 gecəlik ölkədaxili səyahət üçün adambaşına gecəlik 11.000 yen (76 ABŞ dolları) qədər subsidiya veriləcək. Paytaxt Tokio oktyabrın 20-də proqrama daxil ediləcək.
Nəzrin Vüsal
Medianews.az