“Elgizlə izlə” proqramında sosial şəbəkədə lotoreya oynamaq adı ilə pul yığıb dələduzluq edən şəxslərdən bəhs edilib.
Axşam.az xəbər verir ki, verilişdə yer alan Xalq artisti Naibə Allahverdiyeva məsələyə münasibət bildirib. Aktrisa bildirib ki, o da dələduzların qurbanı olub:
“Məndən də pul alıblar. İnternetdə dələduzlar soyub məni. Ağıllı qadınam, amma elə hadisə olmuşdu ki, məcbur qalmışdım və razılaşmışdım. 300 manatım getdi, arxası da gəlirdi. Tez ayıldım və sonra vermədim”.