Medianews.az xəbər verir ki, İsrail və Livan uzun illər davam edən danışıqlardan sonra dəniz sərhədləri ilə bağlı razılığa gəliblər.
İsrailin baş naziri Yair Lapid: Livanla tarixi razılaşma əldə etdik, razılaşma İsrailin təhlükəsizlik, iqtisadi və hüquqi tələblərinə cavab verir.
Livanın Rəyasət Heyəti İsraillə dəniz sərhədinin çəkilməsinə dair danışıqlarda vasitəçi mövqedə olan ABŞ-ın göndərdiyi yekun müqavilə layihəsində Livanın bütün hüquqlarının qorunduğunu açıqlayıb. Livan Rəyasət Heyətinin yaydığı yazılı açıqlamada, prezident Mişel Aunun ABŞ Dövlət Departamentinin Enerji Təhlükəsizliyi müşaviri Amos Hochstein-dən aldığı yekun razılaşma layihəsi ilə bağlı qiymətləndirmə aparılıb.
“Livan prezidentinin İsraillə dəniz sərhədinin çəkilməsi ilə bağlı ABŞ-dan aldığı yekun saziş layihəsi Livanın təbii sərvətlərlə bağlı bütün hüquq və tələblərinə cavab verir”, – deyə bəyanatda bildirilir.
Açıqlamada Aunun İsraillə yekun razılaşmanın ən qısa zamanda açıqlanacağına ümid etdiyi və rəsmi açıqlamadan əvvəl bəzi danışıqlar aparacağı bildirilib.
Nəzrin Vüsal
Medianews.az