Sumqayıtda ölümlə nəticələnən yol qəzası olub.
Hadisə Bulvar küçəsində baş verib. Məmmədov Timur Eldaroviç idarə etdiyi “Chevrolet Camaro” markalı avtomobillə piyada Alxanlı Çingiz Mehbala oğlunu vurub. Nəticədə Ç. Alxanlı yerindəcə keçinib.
Lent.az-ın əldə etdiyi məlumata görə. hadisə nəticəsində dünyasını dəyişən Alxanlı Çingiz Mehbala oğlu sabiq polis polkovnikidir. O, Bakı şəhər Baş Polis İdarəsinin Maliyyə İdarəsinin keçmiş rəisi olub.
Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.