“TikTok” sosial şəbəkəsinə girişin müvəqqəti məhdudlaşdırılması ilə bağlı qərarda dəyişiklik olacağı halda aidiyyəti orqanlar bu barədə ictimaiyyəti məlumatlandıracaq.
Medianews.az xəbər verir ki, bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyindən bildirilib.
***
Azərbaycanda “Tik-Tok” sosial şəbəkəsinə qoyulan qadağa ləğv edilib.
Medianews.az xəbər verir ki, hazırda sosial şəbəkədən istifadə sərbəstdir.
Qeyd edək ki, bir müddət əvvəl “TikTok” sosial şəbəkəsinin Azərbaycan ərazisində yayımlanması dayandırılmışdı. Buna səbəb sosial şəbəkə resursunda ordumuzun uğurlarına kölgə salan, hərbi sirləri özündə əks etdirən, cəmiyyətdə yanlış fikir formalaşdırmaq məqsədi güdən məlumatların yayımlanması olub.