Türk Cumhuriyyətləri Oftalmoloji Dərnəyi və Azərbaycan Oftalmoloqlar Cəmiyyətinin birgə təşəbbüsü ilə Beynəlxalq Oftalmoloji Konfrans və Azərbaycan Gənc Oftalmoloqlarının 14-cü Beynəlxalq konfransı keçiriləcək.
Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzindən verilən məlumata görə, 14-15 oktyabr 2022-ci il tarixdə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi, Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzi, Türk Cumhuriyyətləri Oftalmoloji Dərnəyi və Azərbaycan Oftalmoloqlar Cəmiyyətinin birgə təşəbbüsü ilə Beynəlxalq Oftalmoloji Konfrans və Azərbaycan Gənc Oftalmoloqlarının 14-cü Beynəlxalq konfransı keçiriləcək. Konfransın məqsədi oftalmologiya sahəsində baş verən yenilikləri, nailiyyətləri araşdırmaq, təkliflər vermək, oftalmologiya sahəsində baş verən ən son yeniliklərdə region və xarici həkimlərinin iştirakını təmin etmək, yenilikləri müzakirə etməkdən ibarətdir.
Konfransda Bakı və regionun həkim heyəti, həmçininxaricdən həkim heyəti iştirak edəcək və öz məruzələri ilə çıxış edəcəklər.
Qeyd edək ki, ölkəyə dəvət edilən peşəkar oftalmoloqlarla aparılan müzakirələrdə, paytaxta, regionlarda və xarici ölkələrdə keçirilən konfranslarda da əsas niyyət oftalmologiyanın beynəlxalq standartlara çatdırılmasıdır.
Professor Elmar Qasımov giriş sözü ilə konfransı açıq elan edəcək.
Konfransda “Analysis of the main causes of the development of posttraumatic proliferative vitreoretinopathy”, “Ocular axial length changes in pseudophakic children after cataract surgery”, “Regional features of urgent and emergency appeals at the thırd stage of ophthalmologgcal care”, “Use of the Avedro KXL system in the corneal cross-linking technique”, “Retinal detachment in pediatric population”, “Features of diagnosis and tactics of surgical treatment of through wounds of the eyeballs” və s. mövzular məruzə ediləcək.
Konfransda Türkiyədən: Dr. Sunay Duman, Prof. Dr. Süleyman Kaynak, Prof. Dr. Öner Gelişken, Prof. Dr .Orhan Ateş, Prof. Dr. Levent Karabaş, Prof. Dr. Nurten Ünlü, Prof. Dr. Mehmet Bora Eldem, Prof. Dr. Özgür Yalçinbayir, Prof. Dr. Fatih Mehmet Mutlu, Prof. Halit Oğuz, Prof. Dr. Gürsel Yılmaz, Prof. Dr. Asker Bulut və s., Ufadan: Prof. Mukharram M. Bikbov və s., Özbəkistandan: Prof. Dr. Fazilat Bakhritdinova və s., Prof. Buzrukov B.T., Türkmənistandan: Dr. Serdarova Sh.A., Qazaxıstandan: T.e.d. Tursungül Botabekova, Rusiyadan Prof. Dr. Sevinç Asgerova, Dr. Ilmira Gazizova, KKTC: Dr. Simge Altan Dr. Şerife Özhuyvə s. professorlar, həkimlər və rezidentlər çıxış edəcəklər.
NƏ VAXT, HARADA: 14-15 oktyabr, saat: 09:00, Bakı şəhəri, Cavadxan küçəsi 32/15.
Əlaqə: Mob: (+994) 559133165, (012) 5682890. Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin Elmi-məlumat, tədris və təşkilati-metodik bölməsi. email: oftalmoloqlarcemiyyeti@gmail.com