Çərşənbə axşamı, 23 Aprel 2024

Türkiyəli aparıcıdan Şəfiqə Nağıyevaya: “İstədiyin qədər hücum et, tərbiyəmi pozmaram” – VİDEO

ARB telekanalında yayımlanan “Elgizlə izlə” proqramında gərgin anlar yaşanıb. 

BAKU.WS xəbər verir ki, türkiyəli Ercan adlı aparıcı azərbaycanlı xanımla evlənmək üçün verilişə gəlib. Proqramda ekspert qismində iştirak edən vəkil Şəfiqə Nağıyeva Ercandan həyat yoldaşından ayrılmasının səbəbini soruşub.

O isə arvadının daim uşaqlarına diqqət ayırdığını, ona qayğı göstərmədiyini əsas gətirərək ayrıldığını deyib. Nağıyeva Ercanın bu sözlərindən əsəbiləşib.

Vəkil Ercana “İndi bizim qızı da alıb boşayacaqsan” sualını verib. Şəfiqənin bu sözləri Ercanı özündən çıxarıb. Bu zaman ikili arasında gərginlik yaşanıb.

Ercan Nağıyevaya “Sən istədiyin qədər mənə hücum edə bilərsən, amma mən tərbiyəmi heç vaxt pozmaram” söyləyərək qarşılıq verib.

Ətraflı videoda:

DAHA ÇOX OXU

Xəbər lenti