İzmir Tire şosesində eyni istiqamətdə hərəkət edən yük maşınının vurduğu traktorun sürücüsü qəza yerində dünyasını dəyişib.
Medianews.az xəbər verir ki, təhlükəsizlik kameralarına əks olunan qəza ilə bağlı araşdırmalar davam edir.
Yolda olan yük maşını eyni istiqamətdə hərəkətdə olan Ramazan Nasın idarə etdiyi traktora arxadan çırpılıb. Zərbənin təsirindən avtomobil tərs çevrilib, sürücü isə ağır xəsarət alıb.
Qəzanı görənlərin xəbəri üzərinə jandarma və təcili yardım qəza yerinə sövq edilib. Jandarma qrupları tərəfindən yolda təhlükəsizlik tədbirləri alınarkən, təcili yardım tərəfindən edilən müayinədə sürücünün həyatını itirdiyi təyin olunub. Sürücü Ramazan Nasın cəsədi prokurorun araşdırmasından sonra morqa aparılıb.
Digər tərəfdən meydana gələn qəza, yolu görən bir iş yerinin təhlükəsizlik kamerası tərəfindən saniyə saniyə görüntülənib.
Medianews.az