UEFA Avropa Liqasının qrup mərhələsinin 4-cü turu çərçivəsində keçiriləcək “Qarabağ” – “Olimpiakos” (Yunanıstan) matçı üçün satışa çıxarılan bütün biletlər satılıb.
Satışa çıxarılan gün biletlərin 22 mini, bu gün isə hamısı satılıb.
Oktyabrın 13-də keçiriləcək “Qarabağ” – “Olimpiakos” matçına saat 20:45-də start veriləcək.