Cari ilin yanvar-sentyabr aylarında pensiya ödənişlərinə 3 mlrd. 670 mln. manat vəsait yönəldilib ki, bu da ötən ilin müvafiq dövrünə nisbətən 5.8% (201 mln. manat) çoxdur.
Medianews.az xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi məlumat yayıb.
Məlumata görə, bu ilin əvvəlindən minimum aylıq pensiya daha 20 faiz artırılaraq 240 manata çatdırılmaqla, həmçinin pensiyaların sığorta hissəsi indeksləşdirilərək artırılıb, əlavə dəstək olaraq pensiyaçılara maddi yardımlar da ayrılıb.
Bildirilib ki, 1.2 mln pensiyaçını əhatə edən bu artımlar üçün illik 440 mln. manat əlavə vəsait ayrılıb.