Ukrayna ordusunun Rusiya ilə Krımı birləşdirən yeganə körpüyə zərbə endirməsindən sonra Rusiya prezidenti Vladimir Putin qisas almaq üçün hərəkətə keçib.
Medianews.az xəbər verir ki, Ukraynanın paytaxtı Kiyevdə dinc əhalinin yaşadığı bölgədə səhər saatlarında bir-birinin ardınca partlayışlar baş verib.
Canlı yayımda müharibənin gedişatını dəyərləndirən “BBC”nin müxbiri həmin anların şahidi olub. Raketlər paytaxt Kiyevə düşəndə böyük təşviş içində olan müxbirin qorxduğu anlar kameralara əks olunub. Müxbirin çətin anlarını izləyən, studiyada xəbər bülletenini təqdim edən diktorun da qorxduğu anlar görüntülənib.
Medianews.az