Beyləqan rayonu Qaralılar kəndindən qaçırılan 14 yaşlı məktəbli qızla bağlı cinayət işi açılıb.
Bu barədə DİN-in mətbuat xidmətindən bildirilib.
Bildirilib ki, faktla əlaqədar Cinayət Məcəlləsinin 144.2.3-cü maddəsi ilə (Adam oğurluğu – bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) cinayət işi başlanılıb.
Qeyd edək ki, 2 gün öncə – 8 oktyabr tarixində rayon polis şöbəsi əməkdaşların həyata keçirdiyi müvafiq tədbirlərlə şərti adı A.A olan qızın qaçırıldığı istiqamət müəyyən olunaraq avtomobil saxlanılıb.
***
Beyləqanda 14 yaşlı şagird məktəbdən evə qayıdarkən qaçırılıb.
BAKU.WS xəbər verir ki, hadisə Beyləqan rayonunun Qaralılar kəndində qeydə aınıb.
2008-ci il təvəllüdlü qızın anası iddia edir ki, övladı həmkəndlisi tərəfindən evlənmək məqsədilə zorla qaçırılıb.
Onun sözlərinə görə, hadisə 2 gün əvvəl günorta saatlarında orta məktəbin yaxınlığında baş verib.
Hadisəni eşidən kimi qızın yaxınları dərhal polisə məlumat veriblər.
DİN-in mətbuat xidmətinin Bərdə regional qrupunun baş inspektoru Aslan Qiyaslı “Xəzər Xəbər”ə bildirib ki, əməliyyat tədbirləri nəticəsində qaçırılan qız tapılıb.
Hazırda hadisənin təfərrüatları araşdırılır.