Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 837 vaksin vurulub.
Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.
Bildirilib ki, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 254, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 210, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 316, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı 57 nəfərdir.