Krım körpüsünün partladılması ilə bağlı Rusiya tərəfindən ilk açıqlama verilib.
32gun.az xarici mediaya istinadən xəbər verir ki, Rusiyalı deputat Andrey Qurulev Krım körpüsünə edilən hücuma tələsmədən sərt cavab veriləcəyini bəyan edib.
“Qətiyyətli cavaba mütləq ehtiyacımız var, bu cavabı verəcəyik. Ancaq tələsmədən hər şeyi ən xırda detallarına qədər hesablamalıyıq. Ali Baş Komandanımız balanslı və güclü qərarlar qəbul etməyi bilir. O, bunu edəcək, vaxtı yetişib” – deyə, bildirib.