Dünyanın ən böyük neft ixracatçılarının yaratdığı “OPEC” təşkilatı ABŞ-ın bütün etirazlarına baxmayaraq, neft hasilatını azaltmaq qərarına gəlib.
Medianews.az xəbər verir ki, ABŞ prezidenti Baydenin iyul ayında Səudiyyə Ərəbistanında şahzadə Salmanla qiymətləri endirmək üçün keçirdiyi görüşün səmərəli olmadığını bildirən ABŞ mətbuatı onun siyasətinin uğursuz olduğunu şərh edib.
“OPEC” təşkilatının noyabr ayından etibarən hasilatı gündəlik 2 milyon barel azaltmaq qərarı ABŞ-da məyusluq yaradıb. Ağ Evin sözçüsü Karine Jean-Pierre də “OPEC”i “Rusiya ilə eyni yerdə dayanmaqda” ittiham edib.
ABŞ prezidenti Co Bayden iyul ayında Səudiyyə Ərəbistanına səfərinin əsas məqsədinin “Neft deyil, Yaxın Şərq və İsrailin mövqelərini aydınlaşdırmaq” olduğunu desə də, ABŞ mediası Vaşinqtonun Səudiyyə Ərəbistanı siyasətinin uğursuz olduğunu şərh edib.
Amerikanın New York Times (NYT) qəzeti bu məsələni şərh edərək, Baydenin Körfəzdəki müttəfiqlərə təsirinin “umid etdiyindən çox az” olduğunu yazıb. Baydenin insan haqları təşkilatlarının reaksiyasından qorxaraq Ciddədə vəliəhd Məhəmməd bin Salmanla əl sıxışmadığını xatırladan qəzet, “Yumruq salamı diplomatiyası uğursuz oldu”, -deyə xatırladıb.
New York Times qəzeti eyni zamanda, Şahzadə Məhəmmədin qəsdən ABŞ-dan uzaqlaşdığını və Səudiyyənin maraqlarına zidd olaraq gördükləri məsələlərə məhəl qoymadıqlarını yazıb.
Medianews.az