Türkiyədə 2 mənzildən ayaqqabı oğurladıqları kameradan müəyyən edilən Emrah Y. və sevgilisi Derya D. başqa evə girmək istəyərkən yaxalanıb.
Medianews.az xəbər verir ki, hadisə Türkiyənin Adana şəhərində baş verib.
Yerli sakinlər ev sahibi tərəfindən tutulan cütlüyü linç etməyə cəhd ediblər. Derya D.-nin özünü sipər edərək sevgilisini qorumağa çalışması diqqət çəkib.
Xəbərdarlıq ilə hadisə yerinə gələn polis qrupları, iki şübhəlini nəzarətə alaraq polis bölməsinə aparıb. Şübhəlilərin dindirilməsinin davam etdiyi bildirilib.
Medianews.az