Prezident Ərdoğanın da qatıldığı Avropa Siyasi Birliyi Toplantısına ev sahibliyi edən Çexiyanın Baş naziri Petr Fiala Türkiyənin həm mühacirətdə, həm də Rusiya-Ukrayna müharibəsindəki roluna görə çox əhəmiyyətli rol oynaması haqqında danışıb.
Medianews.az xəbər verir ki, Türkiyənin immiqrasiya və Rusiya-Ukrayna müharibəsindəki rolunu yüksək qiymətləndirib.
“Mövcud immiqrasiya problemlərinin həllində açar Türkiyədir. Rusiya ilə Ukrayna arasında aparılan danışıqlara da böyük töhfə verən Türkiyənin Ukraynanın taxıl məhsullarının sərbəst buraxılmasında böyük rolu var”, – deyə baş nazir Petr Fiala bildirib.
Petr Fiala ilk Avropa Siyasi İcmasının Praqada keçirilməsindən qürur duyduğunu bildirib və bu görüşün qurucusu olan Fransa prezidenti Emanuel Makrona təşəkkür edib.
Medianews.az