ABŞ prezidenti Bayden nüvə müharibəsi ehtimalına qarşı diqqətçəkən açıqlamalar verib.
Medianews.az xəbər verir ki, ABŞ prezidenti Co Bayden xəbərdarlıq edib ki, əgər Vladimir Putin Ukraynadakı müharibədə qalib gəlmək üçün taktiki nüvə silahından istifadə edərsə, dünya “Armageddon”la (qiyamət savaşı) üzləşə bilər.
Bayden nüvə müharibəsi təhlükəsi ilə bağlı ən sərt bəyanatlarını Nyu-Yorkda Demokratlar Partiyasının ianə toplama mərasimində səsləndirərək, nüvə fəlakətinə yaxınlaşdığını söyləyib.
“Biz Kennedi və Kuba raket böhranından sonra Armageddon ehtimalı ilə üzləşməmişik”, -deyə Bayden bildirib.
TRT Haber-in məlumatına görə, Bayden Rusiya prezidentinə istinad edərək, “Putin mənim çox yaxşı tanıdığım bir adamdır. O, taktiki nüvə silahlarının, bioloji və ya kimyəvi silahların potensial istifadəsindən danışarkən zarafat etmir, çünki onun ordusunun əhəmiyyətli dərəcədə aşağı performansdadır”, deyə qeyd edib.
Bayden daha sonra Putinin hazırkı reputasiyası haqqında danışıb: “Mən başa düşməyə çalışıram ki, Putin üçün çıxış yolu nədir. O, çıxış yolunu harada tapacaq? O, nəinki Rusiya daxilində reputasiyasını itirir, həm də əhəmiyyətli dərəcədə hakimiyyətini itirir”.
Medianews.az