Türkiyədə elektrikli velosipeddən yıxılan gənc qız aparıldığı xəstəxanada həyatını itirib.
Medianews.az xəbər verir ki, hadisə Türkiyənin Muğla şəhərində baş verib.
İşə getmək üçün elektrik velosipedi ilə evdən çıxan 18 yaşlı Berfin Günden yolda müvazinətini itirərək yıxılıb. Yoldan keçən bir şəxs gənc qızın yerdə uzandığını görüb təcili yardıma zəng etdikdən sonra qəza yerinə gələn sağlamlıq qrupları onu xəstəxanaya aparıb. Bütün müdaxilələrə baxmayaraq həyata tutuna bilməyən gənc qızın cənazəsi ekspertiza üçün morqa aparılıb.
Ekspertizadan sonra cəsədin ailəsinə təhvil veriləcəyi bildirilib. Universitet imtahanlarına hazırlaşdığı və oteldə işlədiyi məlum olan gənc qızın ölümü ailəsini və yaxınlarını şoka salıb. Qəza ilə bağlı araşdırmalar davam edir.
Medianews.az