Türkiyədə özəl xəstəxanaların birindən qalmaqallı görüntülər yayılıb.
Medianews.az xəbər verir ki, İstanbulda baş verən hadisədə səhiyyə işçilərinin yataq xəstəsi ilə davranışı görənləri şoka salıb.
Təmizlik işçisi olan Murat Y.-nin görüntüləri çəkərək xəstəxananı şantaj etdiyi məlum olub. Murat Y pul istəyərək çəkdiyi görüntüləri xəstəxana rəhbərliyinə göndərib. Xəstəxana rəhbərliyi isə Murat Y-dan polisə şikayət edib.
Xəstə qadını məsxərəyə qoyaraq video çəkən tibb işçiləri insanların qəzəbinə səbəb olub. Görüntülərin yayılmasının ardından açıqlama verən xəstəxana rəsmiləri həmn şəxslərin işdən çıxarıldığını açıqlayıb.
Görüntülərin sosial mediada yayıldıqdan sonra 8 nəfər haqqında həbs qərarı çıxarılıb. Şübhəlilərin ifadələri alınaraq nəzarətə götürülüb. Şübhəlilərin hamısının polisə ifadələrində “Görüntüləri əyləncə məqsədi ilə çəkmişik. Pis məqsədimiz olmayıb” dedikləri öyrənilib.
Hazırda sözügedən hadisə ilə bağlı araşdırmalar davam edir.
Medianews.az