4 ay əvvəl Adanada tanış olduğu və onunla bir müddət dostluq etdiyi Fide Uyarlara qarşı cinsi təcavüzə cəhd və zorakılıq etdiyi iddiası ilə saxlanılan şəxs hakim qarşısına çıxıb.
Medianews.az xəbər verir ki, 2 ildən 7 ilə qədər həbs cəzası ilə mühakimə olunan Gökhan Kızılyer hadisə günü baş verənləri danışıb.
Mən onlara gedəndə Fide Uyarların ayağı gipsə idi. Bu vəziyyətdə bir insana niyə hücum edim. O, əvvəllər də daim yıxılır və huşunu itirirdi”, deyə Gökhan Kızılyer bildirib.
Qeyd edək ki, İstanbulda bir şirkətin baş kordinatoru olan Fide Uyarlar atası xəstələndiyi üçün Adanaya gəlib və Seyhan rayonu Gürselpaşa məhəlləsindəki mənzilinə yerləşib. Bir il əvvəl Uyarlar mənzilin bağçasında itlərini gəzdirərkən həmin ərazidə yaşayan Gökhan Kızılyerlə tanış olub. Fide Uyarların bir müddət sonra dostlaşdığı Gökhan Kızılyer tərəfindən təcavüzə məruz qaldığı iddia edilib.
Medianews.az