Rusiya-Ukrayna müharibəsinin 8-ci ayına qədəm qoyduğu bir vaxtda cəbhə xəttindəki rus ordusu hələ ki, heç bir uğur əldə etməyib.
Medianews.az xəbər verir ki, qismən səfərbərlik elan edən və ordusuna yeni əsgərlər qatan Rusiya lideri Putin bir müddət əvvəl nüvə silahından istifadə edə biləcəyini bildirmişdi.
Britaniyanın “Daily Mirror” qəzeti iddia edib ki, Putin nüvə silahından istifadə etməyə cəhd etsə, bunun qarşısı alınacaq və generallar ölkədə çevriliş edəcək.
Rusiya Ukrayna müharibəsinin 8-ci ayında işğal etdiyi 4 bölgəni, yəni Kaporijya, Xerson, Donetsk və Luqanskı qanunsuz referendumlarla ilhaq etdiyini açıqlayıb. Rusiya prezidenti Putin bu yaxınlarda ilhaq nitqində bildirib ki, Rusiya özünü müdafiə etmək üçün nüvə silahından istifadə etməyə hazırdır. Putinin ritorikasının Rusiya ordusunu narahat etməsi ilə bağlı yayılan xəbərlərdən sonra İngiltərə mətbuatı diqqətçəkən xəbər yazıb.
İddia olunur ki, Putin Ukraynada qələbəni təmin etmək üçün nüvə zərbəsi endirməyə cəhd etsə, üsyan və ya ölümlə üzləşəcək. “Daily Mirror”a danışan mənbə bu həftə 70 yaşı tamam olan və səhhətində ciddi problemlərlə mübarizə apardığı iddia edilən Putinin dağıdıcı silahlardan istifadə edərsə, Kremlə zərbələr endiriləcəyini deyib.
Medianews.az