Balakəndə oğul atasını bıçaqlayıb.
“Qafqazinfo”nun məlumatına görə, hadisə rayonun Yeni Şərif kəndində qeydə alınıb. Kənd sakini 1993-cü il təvəllüdlü Ramil Şabanov mübahisə zamanı atası, 55 yaşlı Mahama Şabanova bıçaqla xəsarət yetirib. Yaralı dərhal xəstəxanaya yerləşdirilib. Vəziyyətinin kafi olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır.