İstanbulda səhər saatlarında 6 mərtəbəli binanın terasından yıxılaraq dəmir barmaqlıqlara ilişən gənc qız faciəvi şəkildə həyatını itirib.
Medianews.az xəbər verir ki, gənc qızın ölməzdən əvvəl tələbə yataqxanasındakı son görüntüləri ortaya çıxıb.
Sarıyerdə 6 mərtəbəli xüsusi qızlar yataqxanasında səhər saatlarında baş verən hadisədə Sabahattin Zaim Universitetinin Rəhbərlik Psixoloji Konsultasiya tələbəsi Maha İbrahim Ömər naməlum səbəbdən yataqxananın terasından yıxılıb.
Yataqxananın dəmir barmaqlıqlarına ilişib qalan Somali əsilli gənc qız dəhşətli şəkildə can verib. Hadisə yerinə polis, təcili yardım göndərilib. Yanğınsöndürənlərin gərgin səylərinə baxmayaraq, qızın cəsədini məhəccərlərdən çıxarmaq mümkün olmayıb. Məhəccərlər kəsilib və qızın cəsədi dəmirlə birlikdə təcili yardım maşınına yerləşdirilib. Gənc qızın cəsədi Ədliyyə Tibb Qurumuna aparılıb, hadisə ilə bağlı istintaq davam edir.
Medianews.az