Medianews.az saytı xəbər verir ki, “Biz Avropa və Rus MDB məkanının sirk proqramlarını Azərbaycanda qarşılayıb, nümayiş etdirməyə hazırıq” deyə Bakı Dövlət Sirkinin direktor əvəzi Nahid Ağayev vurğulayıb. O, çıxışı zamanı bildirib ki, Dövlət Sirkinin təmiri yenilənərək nümayişçilər üçün əlverişli vəziyyətə gətirilib.
Dövlət Sirkinin meneceri Nərullah Sultanov ”Bizim ideyamız ən yaxşı sirk nümunələri yaratmaq və sirkimizin unudulmaz olmasıdır” deyib.
Bakı Dövlət Sirkinin yeni çıxışlarında Olqa Bezmen, Vüqar Nuxov və digər şou nümayəndələri iştirak edəcək. Medianews.az artistlərin fotolarını təqdim edir:
Proqram ilk olaraq oktyabrın 12-də şəhid və qazi ailələri üçün xeyriyyə məqsədi ilə nümayiş olunacaq.
Medianews.az