Medianews.az xarici mediyaya əsasən istinad edir ki, Ukrayna ordusu Xerson vilayətində 4 yaşayış məntəqəsini və Xarkov vilayətində bir yaşayış məntəqəsini Rusiya qüvvələrindən geri alıb.
Ukrayna mətbuatında çıxan xəbərlərdə Xerson bölgəsindəki Davydiv Brid, Starosillya, Novopetrivka, Dudçani qəsəbələrinin nəzarətinin yenidən Ukraynaya keçdiyi bildirilib.
Bildirilib ki, Xarkov vilayətinin Bohuslavka kəndi rus qoşunlarından geri alınıb. Digər tərəfdən, sosial şəbəkələrdə Ukrayna qüvvələrinin yaşayış məntəqələrinə daxil olmasını əks etdirən görüntülər yayımlanıb.
Ukrayna prezidenti Vladimir Zelenski dünən verdiyi açıqlamada sentyabrdan bəri təkcə Xarkovda 450-dən çox yaşayış məntəqəsinin Rusiya qüvvələri tərəfindən geri alındığını bildirib
Medianews.az