Medianews.az xarici sayta istinadən bildirir ki, Livanın şərqində suriyalı qaçqınların qaldığı düşərgədə yanğın baş verib. Livanın rəsmi agentliyi NNA-nın xəbərinə görə, ölkənin şərqindəki Arsal bölgəsində 200 çadırın yerləşdiyi Umani Vefak Düşərgəsində naməlum səbəbdən yanğın baş verib.
Suriyalı qaçqınların qaldıqları düşərgədə baş verən yanğın nəticəsində insan itkisi olmasa da, 93 çadırın tamamilə kül olduğu, düşərgənin su və elektrik qurğularının yararsız hala düşdüyü qeyd edilib.
Bildirilib ki, Livanın Mülki Müdafiəsi və yanğınsöndürənləri vəziyyətə müdaxilə edib.
Medianews.az