Tanınmış aparıcı Jalə Həsənlinin yeni iş yeri bəlli olub.
Medianews.az xəbər verir ki, o “İdrak” liseyinin İctimaiyyətlə əlaqələr departamentinin rəhbəri təyin olunub. Aparıcı bununla bağlı facebook səhifəsində yazıb:
“Başda Xətai rayonu 116 saylı orta məktəbin, Bakı Slavyan Universitetinin müəllim kollektivi olmaqla, üzərimdə əməyi olan, mənə yazmağı, oxumağı, ədəb-ərkanı, vətənpərvər olmağı öyrədən bütün müəllimləri bu gün münasibətilə təbrik edir, Allahdan onlara can sağlığı arzu edirəm. Dünyasını dəyişən müəllimlərimi isə hörmətlə anıram.
5 oktyabr-Müəllimlər gününü bu il tam fərqli keçirirəm. Məktəbdə, müəllimlərin arasında, şagirdlərin sevgi dolu baxışları ilə…
Diqqətinizə çatdırım ki, artıq bir neçə müddətdir ki, “İdrak liseyi”ndə İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri kimi fəaliyyət göstərirəm. Mənim üçün yeni və çox maraqlı olan bu sahədə öz təcrübələrimi bölüşür, peşəkar insanlardan yeniliklər öyrənirəm. Şagirdləri çox sevir, onlarla söhbətdən, onları dinləməkdən böyük zövq alıram.
Bununla yanaşı, konfranslar, forumlardakı moderatorluğum, həmçinin, nitq təlimlərim də davam edir.
Qeyd edək ki, J. Həsənli uzun illər ATV və İTV telekanallarında çalışıb. Aparıcı bu ilin avqustunda İTV-dəki işindən ayrıldığını açıqlayıb.