Medianews.az xarici mediaya istinadən xəbər verir ki, ABŞ-ın qərbində qatil olduğu açıqlanıb. Qatilin bir il ərzində 6 nəfəri öldürdüyü bildirilir. Səlahiyyətlilər Kaliforniya sakinlərinə gecələr tək səyahət etməmələri barədə xəbərdarlıq edir.
Polis Stokton şəhərində 6 nəfərin öldüyünü, 1 nəfərin yaralandığını açıqlayıb. Öldürülən şəxslərin gecə saatlarında hədəf alındığı müəyyən edilib. Qətllərdən beşi iyul-sentyabr ayları arasında törədilib. Ötən il də eyni ərazidə bir nəfər həlak olmuşdu. Güllə yarası alan qadın xəstəxanaya aparılıb.
Yaralı qadın qatilin qara başlıqlı palto, tünd şalvar və cərrahi maska taxdığını deyib. Balistik ekspertiza qətllərin eyni silahla törədildiyini üzə çıxarıb. Qatil bir ilə yaxın susmuşdu. Polis qatilin bir il niyə ortada olmadığı sualına cavab tapa bilməyib.
Medianews.az