Tanınmış meyxana ustadı Rəşad Dağlı oğluna kiçik toy edəcək.
“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, mərasim oktyabrın 10-da Bakı kəndlərinin birində yerləşən restoranda baş tutacaq.
Toya 2 minə yaxın qonaq dəvət olunduğu deyilir. Onların əksəriyyəti Bakı kəndləri və ölkənin digər bölgələrindən olan meyxanasevərlər, söz-sənət adamlarıdır.
Toyun musiqili hissəsinin idarə edilməsi ölkənin görkəmli klarnet ustası Rafael Bayramova (Dağlı) həvalə olunub.