Son vaxtlar ehsan adıyla məktəbli uşaqlara konfet kağızında naməlum qida verilməsi barədə iddialar səslənir.
İddialara görə, belə hadisələrdən biri də Xətai rayonu (Əhmədli qəsəbəsi), 95 nömrəli orta məktəb şagirdinin başına gəlib. Bu barədə “Facebook”da paylaşım edən şəxs valideynləri ehtiyatlı olmağa səsləyib:
“Yaxın bir tanışım danışdı. Dünən dərs çıxışı zamanı oğlunun sinif yoldaşının qardaşına şəhid ehsanı adıyla konfet veriblər, uşaq götürmək istəməyib, ancaq əlinə tutuşdurublar ki, şəhidin ruhu inciyər səndən. Uşaq da konfeti götürüb, nə yaxşı ki yeməyib, aparıb, anasına verib. Hazırda polisə müraciət edilib, araşdırma aparılır”.
Qeyd edək ki, hadisə ilə bağlı məktəb müəllimləri arasında da audio yayılıb.