Rusiyalı supermodel İrina Şeyk ilk dəfə “Chanel”in dəfiləsində yer alıb.
“Qafqazinfo” xəbər verir ki, onun bu çıxışı müzakirələrə səbəb olub.
Belə ki, model daha əvvəl bu brendin dəfiləsində heç vaxt iştirak etməyib.
Qeyd edək ki, 36 yaşlı Şeyk model agentliyini bir ay əvvəl dəyişib. O, “The Lions”dan “The Society Management”ə keçib. Həmin agentliklə Adut Akeç, Karli Koss, Kendall Cenner, Ceyden, Uillou Smit və Amber Valletta da əməkdaşlıq edirlər.
Şeyk heç vaxt “Chanel”in siması olmasa da, ötən ilin martında Tailandın “Vogue” jurnalı üçün fotosessiyada həmin brenddən geyinib.