Aut.az saytının baş redaktoru Natiq Muxtarlıdır. Baş redaktorun Medianews.az-a verdiyi açıqlamada fəaliyyət strategiyaları haqda danışıb:
“Azərbaycanda fəaliyyət göstərən idman saytlarının əksəriyyəti eyni strategiya əsasında fəaliyyət göstərir. İdman saytlarının sayı çox olsa da, amma boşluq hiss olunduğu aspektlər də var. Biz məhz bu boşluğu doldurmağa çalışacağıq. “Çox xəbər yay” prinsipi əsas hədəfimiz olmayacaq. Analitika, araşdırma, təhlil, reportaj strategiyamızın əsas xəttini təşkil edəcək. Azərbaycan futbolunun problemlərini yazacaq, həm də həll yollarını göstərəcəyik. Aut.az-ı düşünə bilən, düşünməyə tənbəllik etməyən oxucuların saytı etmək niyyətindəyik”.
23 sentyabr 2012-ci ildən fəaliyyətə başlayan Medianews.az saytı yaranışının 10 illiyinə yeni dizayn və yeni funksionallıqla xidmətinizdədir. Ümid edirik ki, etdiyimiz yeniliklər izləyicilərimizin zövqünə uyğun olacaq.
Hər zaman sizinlə Medianews.az ailəsi.