Son illər insanlarda ürək, qan-damar sistemi problemləri çoxalıb. Xüsusilə ürək dayanma, qəfil infarkt halları intensivləşib. Qəfil ölümlərin sayı çoxalıb. Onlardan tanınmış insanların gənc övladları, tanınmışların özləri və sair… Hamısı da “ürək tutması”ndan. Bəs görəsən ürək xəstəlikləri niyə bu qədər kütləviləşib?
Mövzu ilə bağlı Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti kardioloq Fərid Əliyev Medianews.az-a danışdı. Bildirdi ki, müasir insanın həyatının ayrılmaz hissəsinə çevrilən əsəb və gərginliyin ürək, qan-damar sisteminə təsiri danılmazdır:
“Bu tip suallar əslində ictimai cəhətdən önəm daşıyan vəya tanınmış insanların ürək tutmasından həyatlarını itirdiklərində aktuallaşır. Əslində ürək damar xəstəlikləri hər zaman ölümlərin başlıca səbəbi olub. Avropa kardioloqlar cəmiyyətinin öngördüyü önümüzdəki 50 ildə ürək damar xəstəliklərdən ölümlər azalacaq. Ürək damar xəstəliklərində genetik amillər, yaşam tərzi və xroniki xəstəliklər risk faktoru olaraq önəmli yer almaqdadır. Ayrıca yaşam tərzimizin də genetikamız üzərində müsbət v əya mənfi təsiri olmaqdadır. Yani bilinənin əksinə həyatımız boyunca genetik materialımız da önəmli ölçüdə dəyişəbilməktədir. Bundan ötrü hamımızın çox yaxşı bildiyi sağlam yaşam tərzi və özəlliklə ailəsində ürək xəstəlikləri olan şəxslərin və ya risk altında olanların ərkən dönəm skrininqi ilə bəzi istənməyən hadisələrin başvermə riskini azaldabilərik”.
Medianews.az