Türkiyədə 5 ulduzlu oteldə atası Pavel Stepanovu çəkiclə öldürən, eyni çəkiclə anasını da ağır yaralayan Dmitri Stepanovun yeni görüntüləri üzə çıxıb.
Medianews.az xəbər verir ki, hadisə zamanı ağır yaralanan ana Tatyana Stepanovun aparıldığı xəstəxanada həyat mübarizəsi davam edir.
Antalyanın Manavqat rayonunda tətildə olarkən atasını çəkiclə öldürən Dmitri Stepanovun əvvəlcədən quraşdırdığı kamera ilə həmin anları lentə aldığı üzə çıxıb. Antalya İl Jandarma Komandanlığı tərəfindən yaradılmış xüsusi qrup tərəfindən yaxalanan Stepanovun kameranı quraşdırdıqdan sonra dəsmalın altından çıxardığı çəkiclə atasına hücum etməsi görüntülərini yayılıb.
Medianews.az