Türkiyədə qısqanclıq krizinə girən Həsən Sevinçer sevgilisi Rahime Edisi döyü.
Medianews.az xəbər verir ki, hadisə Türkiyənin Mersin şəhərində baş verib.
Gənc qız sevgilisi tərəfindən ölümcül hala salınıb. Xəstəxanaya aparılan Edis 4 gün reanimasiya şöbəsində müalicə olunarkən, nəzarətə alınan Sevinçer və dostu Mustafa Göker həbs edilib.
Qorxunc hadisə sentyabrın 26-da Silifke rayonunun İncekum çimərliyində baş verib. Rahime Edis sevgilisi Hasan Sevinçer və Mustafa Gökerlə birlikdə çimərlikdə istirahət ediblər. Axşam saatlarında Sevinçerlə Edis arasında qısqanclıq zəminində mübahisə düşüb. Mübahisə zamanı Həsən Sevinçer avtomobildəki dəmir parçası ilə sevgilisini döyüb, daha sonra bıçaqla xəsarət yetirib. Hadisədən sonra Həsən Sevinçer dostu Mustafa Gökerlə birlikdə Rahime Edisi avtomobilə mindirərək evinə aparıb.
Qızını qan içində görən Rahime Edisin anası polisə və təcili yardıma xəbər verib. Edis təcili yardımla Erdemli Dövlət Xəstəxanasına aparılıb. 4 gündür reanimasiyada olan Rahime Edisin həyati təhlükəsi davam edərkən, şübhəlilər Həsən Sevinçer və Mustafa Göker saxlanılıb.
Medianews.az