Finlandiyanın daxili işlər naziri Krista Mikkonen hökumətin “Şimal axını 2” sızması ilə bağlı canlı yayımda keçirdiyi brifinq zamanı huşunu itirib.
Medianews.az xəbər verir ki, həmin anlar kameraya düşərkən Mikkonen səhhətinin yaxşı olduğunu açıqlayıb.
Dünən axşam Helsinkidə canlı yayımlanan hökumət brifinqi daxili işlər naziri Mikkonen huşunu itirdikdən sonra kəsilib.
Hələlik huşunu niyə itirməsinin səbəbini açıqlanmayan Mikkonen sosial media hesabından “Huşumu itirdiyim üçün brifinqi tərk etməli oldum. Hazırda yaxşıyam”, -deyə paylaşım edib.
Medianews.az