Türkiyədə dəhşətli yol qəzası baş verib.
Medianews.az xəbər verir ki, hadisə Türkiyənin Trabzon şəhərində baş verib.
İdarədən çıxan avtomobilin 50 metr yüksəklikdən uçduğu qəzada sürücü Mehmet, həyat yoldaşı Əminə, oğulları İnayet və Yavuz Səlim Güngörmüş həyatını itirib. Qəzanın faciəvi anları saniyə-saniyə kameralara əks olunub.
Qəzanı görənlərin xəbər verməsindən sonra bölgəyə çox sayda polis, təcili yardım, xilasetmə qrupları sövq edilib.
Hadisə yerinə gələn qruplar avtomobildə olan Mehmet, həyat yoldaşı Əminə və oğulları İnayet və Yavuz Səlim Güngörmüşü ağır xəsarətlərlə avtomobildən çıxarıblar. Sağlamlıq qruplarının ilk müdaxiləsindən sonra ailəni aparılan bütün müdaxilələrə baxmayaraq xilas etmək mümkün olmayıb.
Medianews.az