Lionel Messinin 2023-cü ilin yayında PSJ-ni tərk edəcəyi dəqiqdir.
Fanat.Az xəbər verir ki, belə bir iddia ilə Argentinanın “TyC Sports” telekanalının əməkdaşı Mikel Blaskes çıxış edib.
Qeyd olunur ki, argentinalı futbolçu PSJ ilə 2023-cü ilin yayına qədər qüvvədə olan müqaviləsini yeniləmək niyyətində deyil.
Belə olan halda Messi gələn yay Fransa klubundan azad agent olaraq ayrılacaq.